Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Şair gərək əzəl gündən yaltaq olmasın,

Ayaz Arabaçı

Şair gərək əzəl gündən yaltaq olmasın, Əyilməsin,sürünməsin şah qabağında. Bir dağ kimi məğrur dursun,mətin dayansın, Qoşub gələn dərd önündə,ah qabağında.

Hər nəfəsdən güzgü kimi ləkələnməsin, Həm özünü,həm sözünü bayraq eləsin. Şair gərək nalda-mıxda bəlkələnməsin, Onu görən sevincindən bayram eləsin..

Şair gərək şərəf kimi baxsın həyata, Qılınc olsun,nizə olsun qələm əlində. Şair gərək tamam dönsün mənəviyyata, Həm işində,həm sözündə,həm əməlində.

Şair gərək qarnı ilə verib səs-səsə, Noğul deyib bəzəməsin qoyun qığını.. Şair gərək,şair gərək...nə isə,nəsə.. Şair gərək unutmasın adamlığını..

Saytda dərc olunub