Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sağ olsun ki, əhvalımı ilhamım,

Ayaz Arabaçı

Sağ olsun ki, əhvalımı ilhamım, Hərdən-hərdən gəlib cuşa, oxşayır. Ömrü boyu qanad çalır bahara, Mənim könlüm qaranquşa oxşayır..

Şirin çıxdı yuxuların haramı, Nəzir verdim zəfərdə son paramı, Gecə-gündüz inildəyən yaramı, Bir gün Laçın, bir gün Şuşa oxşayır..

Hələ çoxdu ermənidən kökənlər, İmkan vermir sinəmizə çökənlər, Bu torpağın sərvətini sökənlər, Siçovula, mışa-muşa oxşayır..

İbarətdi qan-qarğışdan, küfürdən, Kimsə tutub mayasını kefirdən, Mikrofonlu bir düdük də efirdən, Batırılmış ağ tumuşa oxşayır.

Bu hesaba dünya bütün don qalıb, Heyrətimdə ivan qalıb, con qalıb, Yaltaqlığın baş yazarı donqalıb, Az. tv-də əyri duşa oxşayır..

Könül çox da sərhədləri addama, Olacaqsan hər istəkdən rədd, ama.. Həyat bu gün yazıqlıqda Səddama, Zalımlıqda oğul Buşa oxşayır..

Xəyalları bir-birinə hörəndə, Rast gəlmişdim bir mötəbər törəndə, Bir arvad var, adam qorxur görəndə, Ağzı, burnu siranuşa oxşayır.

Əsir yelin, tökür qarın ilahi, Beli çökür bu damların ilahi, Zəhləm gedən adamların ilahi, Niyə hamsı siyavuşa oxşayır.

Həsrətimiz, vüsalımız virtual, Xatirələr yğılıbdı bir çuval.. Çoxdan məni düşündürür bir sual, Zahid oruc hansı quşa oxşayır.

Saytda dərc olunub