Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Rədd olub gedərdik o da üzülsə,

Ayaz Arabaçı

Rədd olub gedərdik o da üzülsə, Bizim aramızda bircə bağ qalır. Sən ölü bildiyin xatirələrin, Məndə a-dan, z-yə hamsı sağ qalır Həyat axıb gedir öz axarıyla, Beş-altı çiçəklə, üç-dörd arıyla. Barışır sonunda yaşıl sarıyla, Bizə acılara dayanmaq qalır.. Nə qalır, nə bilim sirdə nə qalır, Bir dənə olanlar bir dənə qalır, Mənə bilirsənmi bir də, nə qalır, İçimdə qanıma boyanmaq qalır. Ruhumu ruhundan aralayırlar, Atıb ürəyimdən yaralayırlar, Bəxtimi nə qədər qaralayırlar, Eşq olan yerləri yenə ağ qalır... Həsrət əkiziyik eyni qarından, Sim kimi qırıldın könül tarından, Mənə bu sevdanın yuxularından, Daha tək adınla oyanmaq qalır..

Saytda dərc olunub