Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Özümü əlli cür ağıya vurub,

Ayaz Arabaçı

Özümü əlli cür ağıya vurub,Özümü əlli cür şerə çırpıram.Gündə neçə dəfə stoldan durub,Kağızı qələmi yerə çırpıram,Şəhid şeirləri yaza bilmirəm.Gör neçə illərdi canım sıxılır,Təzyiqin başımda "tvist"i keçmir.Bu təkcə sağalmaz yara deyil ki,Nifrətə çevrilən hirsdi,keçmir,Rusun,ingilisin qabırğasına,Keçmir,atam oğlu bu isti keçmir,Toy kimi baxıram şəhid yasına,Şəhid şeirləri yaza bilmirəm.Kəsir torpağımı gör neçə qayçı,Gələn kəfənimi biçməyə gəlir.ATƏT bu millətə gün ağlamır ki,Şuşada yeməyə-içməyə gəlir.Gəlir it ilxısı,köpək sürüsü-Gedəndə balığı,yağı-kürüsü...Əlləşir dişimdə səbrimin canı,Tökülür kağıza gözümün qanı,Şəhid şeirləri yaza bilmirəm.Yağıdı,hər tərəf, yağıdı hər yan,Düşmən istəyəndə Marsa da çıxır.Xəyanət bitmir ki,ermənilərnən,Yaxşı qurdalasan farsa da çıxır..Köçürür qanını yurda oğullar-Boş yerə ölmür ki,burda oğullar,Şəhid şeirləri yaza bilmirəm.Min adda boy verir hiyləsi Qərbin,Gərək öyrənəsən baş çıxartmağı.Lap elə toplanıb min at gücü də,Bacarmaz gözümdən yaş çıxartmağı.Bizdə özgə payı,özgə malı yox-Gülməli gündəyik,ağlamalı yox..Gedib öc almamış yaddan-yağıdan,Könül parçalayan,ürək dağıdan,Şəhid şeirləri yaza bilmirəm.Bu uca bayrağı kəfən əvəzi,Tabuta bükməyin o haqdan deyil.Yurda can deyəndə ürəkdən deyin,Yalandan dilucu dodaqdan deyil.Qurtarın xaricə başmaq seyrini,Şəhidlər qanıyla yazır şerini.Şəhid şeirləri yaza bilmirəm.Hamınız susursuz,bilmirsiz guya...Bu xalqı kim verib dərin yuxuya.Bu qış yuxusudu,bu qış laylası.Sərf edir dəllala,siyasətçiyə,BMT nənnisi,ABŞ laylası.Neynim açılmır ki,təbimin pası,Şəhid şeirləri yaza bilmirəm.Bizə bircə qarış qəbir yeri yox,Torpaq varlıların dədə malıdır.Hansı prinsiplə,hansı əsasla,Torpağı kasıblar qorumalıdır..Neçə ki,bitməyib acılarımız,Məni bağışlasın analarımız,Məni bağışlasın bacılarımız,Şəhid şeirləri yaza bilmirəm..

Saytda dərc olunub