Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Özlərinə başı qarlı dağ deyir,

Ayaz Arabaçı

Özlərinə başı qarlı dağ deyir, Adicə bir pambıq kolu olanlar. Günümüzü göy əskiyə düyüblər, Yamanlığın sağı-solu olanlar.

İnanananlar hapa-gopa, azalır, El-el itir, oba-oba azalır, Qucaq-qucaq, topa-topa azalır, Sabahına ümid yolu olanlar.

Hansı köpün küləyini boşaltsın, Hansı yükdən kürəyini boşaltsın, Gedib kimə ürəyini boşaltsın, Min-min dərdnən qəlbi dolu olanlar.

Aır-ağır fikirlərə dalmışıq, Səsimizi içimizə salmışıq.. Niyə belə topal kimi qalmışıü, Niyə belə əli-qolu olanlar.?

Bəyənmir də,zordu yəni, bəyənmir Danışanda səni-məni bəyənmir, Qızılgülü, yasəməni, bəyənmir, Əsli-zatı ayaqyolu olanlar.

Saytda dərc olunub