Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Öylə çox şeylərə sevinmələrin

Ayaz Arabaçı

Öylə çox şeylərə sevinmələrin içindəydim ki. sən bambaşqa bir gerçəkdin. Könlümdəki dəftərdən ən gözəl bir şeir çəkdin... Canımda ütülü davranışlarımı pozacaq bir güc vardı. Baxışlarında damarlarımı doğrayıb qanıma qəltan edəcək ülgüc vardı. Ürəyinin mənə açılan pəncərəsindən yaşıllıq ətri gəlirdi. Divar saatının oxları arzularımın bağrını dəlirdi. Aramızda heç nə olmurdu, aramızda hər şey olurdu... Saçların elektrik telləriydi,gözlərim işıqla dolurdu.. Biz bütün bunların nə demək olduğunu bilirdik. Canım səni çəkirdi,canın məni çəkirdi, əvəzində göz yaşlarımızı silirdik. Ruhumuzu ən gözəl bir səsdən asdırmışdıq. İçimizdəki ürəkparçalayan hönkürtüləri basdırmışdıq. Öylə çox şeylərə sevinmələrin içindəydik ki... Uzun -uzadı daldıq.. Sonra bilirsənmi nə oldu, Bir ovuc qaldıq.

Saytda dərc olunub