Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Orda bir ağac var

Ayaz Arabaçı

Orda bir ağac var gözümdən su içib böyüyür.. altında bir qız xatirələrini öyüyür. o ağac ən gözəl anlarımın salamıdı göylərə. küləklər qanad verir uçmaq həvəsinə. o qızın adını yazmışam sinəsinə. yazmışam hərf-hərf. hər dəfə ordan keçəndə öpürəm adındakı saitləri. öpürəm o qıza aid olan bütün əyani vəsaitləri. samitlər hirsindən əsir. ürəyimi ona ala bilmədiyim üzüyün soyuğu kəsir. bu ağac limana qayıda bilməyən gəmilərin ağacıdı. sorağı xatirələrdən gələn əmilərin ağacıdı. gözəl görünən meyvələri acıdı. orda bir ağac var. bir evin yerini tutub gəlib kəsəcəklər bir gün ya yaşıllaşdırmadan,ya da fövqəladədən.

Saytda dərc olunub