Şeir · Azərbaycan
Ölsəm yazığın gələrmi,
Ölsəm yazığın gələrmi,Qaçarmı üzünün rəngi..Səslənərmi qulağında,Sonuncu telefon zəngi..
Əriyərmi saçlarımda,Əllərin bir ovuc qartək.Titrəyərmi dodaqların,Qızdırmalı adamlartək.
Ölsəm qəfil,ciddi-ciddi,Küskün könlün barışarmı,Adamların göz yaşına,Göz yaşların qarışarmı.
Varmı başqa bir cəhənnəm,Bu dünyanın üstü kimi.Baxışların son mənzilə,Sürünərmi tüstü kimi.
Külək hərdən xəyalımı,Pəncərənə daşıyarmı...Məndən qalan xatirələr,Məndən sonra yaşayarmı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/olsem-yazigin-gelermi/