Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Oğlum uşaq gözüylə,

Ayaz Arabaçı

Oğlum uşaq gözüylə, Baxır hələ həyata. Ayın işıq pulunu, Kim ödəyir ay ata. Yanır gecə sübhədək, Söndürəni yoxdumu, Ordakı adamların, Pulları lap çoxdumu, Biz niyə oturmuşuq, Qaranlıqda bəs axı, Hirslənirəm: --Ay uşaq, Yorma məni,kəs,axı!

Saytda dərc olunub