Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

O küləyi,o yağışı,

Ayaz Arabaçı

O küləyi,o yağışı, Almadım vecə,ağrıdım. Allah-zad kömək olmadı, Yenə bu gecə ağrıdım..

Kül oldu başı bağrımın, Durdu ürəyi,ağlımın, Şəkli də yox ki,ağrımın, Göstərim necə ağrıdım..

Bir qalxdımmı,beş enəm ki.. Zamanmı var düşünəm ki.. İndi başa düşürəm ki, Bir ömrü heçə ağrıdım..

Saytda dərc olunub