Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Nəfsimiz nə qədər böyüsə belə,

Ayaz Arabaçı

Nəfsimiz nə qədər böyüsə belə,Bizim boyumuzu aşammaz lələ.Ömür məhəbbətlə yaşanmalıdı,Lənətnən-qarğışnan yaşanmaz lələ.

Gizlənib altında kirli qaşların,Əzilib altında qara daşların,Keçib niqabına ağlı çaşların..Yoxsa ki, haqq bizdən yaşınmaz lələ.

Min ilə sağalmır bir günün çatı,Oturub-qalxmaqnan pul qırır Fatı..Bu xalqın, qüruru, mənəviyyatı,Bu qədər alçaqca aşınmaz lələ.

Bəllidi kim-kimin çıxır cibindən,Dərs alır oturub arı, çibindən,Bir cərrah yoxdumu kəsə dibindən,Bir yara bu qədər qaşınmaz lələ..

Nəyimi qorusun o boz gödəkcə,Dilim kamancadı,səsim tütəkcə,Mənim ürəyimin dərdləri təkcə..Yüz filə yüklənsə daşınmaz lələ.

Saytda dərc olunub