Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Neçə-neçə təpəgözün iştahı,

Ayaz Arabaçı

Neçə-neçə təpəgözün iştahı, Bu torpağı, daşı bərbad elədi. Könlümüzdə, gözümüzdə işığı, Süfrəmizdə aşı bərbad elədi.

Yoxa çıxdı sözümüzün ləngəri, Bir də baxdıq, uduzmuşuq səngəri, Dülgər gəlib burunladı zərgəri, Zümrüd kimi qaşı bərbad elədi.

Dərdimizin min başı var, min canı.. Mindirdilər gül yerinə yoncanı, Sevgimizlə bəzədilən xonçanı, Dəvələrin başı bərbad elədi..

Kim hürübdü bu mahnının "lad" ını, İtdən alıb, itə verim adını.. İllər boyu ağzımızın dadını, Gözümüzün yaşı bərbad elədi.

Çox oydular, çox eşdilər bu kanı, Həmişəlik cəftələdim dükanı.. Bir hərifə tapşırdılar sükanı, Ömrümüzü naşı bərbad elədi..

Saytda dərc olunub