Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Nə Nəbiyəm, nə Koroğlu, nə Babək,

Ayaz Arabaçı

Nə Nəbiyəm, nə Koroğlu, nə Babək,Hər müşküldən, hər çətindən qorxuram.Adam var ki, mövqeyindən, işindən,Adam var ki, sifətindən qorxuram.

Sağda bulud, solda yağış, öndə çən,Haram maya, xarab toxum, çürük dən,Təkcə elə bu vətənin yox ki, mən,Qürbətin də, qürbətindən qorxuram.

Bey əlifin, əlif mimin içində,Çox seçmişəm mini minin içində,Amma di gəl, öz evimin içində,Gorbagordan, tünbətündən qorxuram.

Başım qalxmır mütəkkədən-balıncdan,Gileyliyəm day bu qoldan, bu qıçdan,Gücdən düşüb,neçə nəfsi qılıncdan,Neçə ağzı kəlbətindən qorxuram.

Öz yolum var, düz yolum var, azmıram,Hərzə- hərzə, hədyan-hədyan yazmıram,Qancıq-qancıq, madyan-madyan yazmıram,Mən xalqımın nifrətindən qorxuram.

Saytda dərc olunub