Şeir · Azərbaycan
Nə fərli bir ev var, nə də ki, ünvan,
Nə fərli bir ev var, nə də ki, ünvan,Qəlbimiz nə qədər yara gətirsin,Bizim yeni ildə hədiyyəmizi,Yazıq Şaxta baba hara gətirsin.
Lotular özləri baxırlar kefə,Adam bu torpağı nə cürə sevə,Uşaq da iş tapa bilmir ki, evə,Bir az pul gətirsin, para gətirsin.
Düşdük azarına çox oyunların,İnsafı, mürvəti yoxdu bunların,Könül istərdi ki, bu məlunların,Başına ip salıb dara gətirsin.
Bu onnan, o bunnan eyni tipdi ki..Xəlayiq biçarə, müztəribdi ki..Zalıma ixtiyar kim veribdi ki,Milləti bu qədər zara gətirsin.
Nə evdə, nə işdə, nə cibdə yoxdur,Bir könül həmdəmi həbib də yoxdur,Yoxdur, bir qüdrətli təbib də yoxdur,Dərdlərə biryolluq çara gətirsin
Bizə göz oynadıb-qaş atanların,Gül atmaq yerinə daş atanların,Xalqı it günündə yaşadanların,Tanrı bayramını qara gətirsin!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ne-ferli-bir-ev-var-ne-de-ki-unvan/