Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Min yol uzaq da dursan,

Ayaz Arabaçı

Min yol uzaq da dursan, yenə mənim canımsan.. bütün şeirlərimdə, ən baş qəhrəmanımsan. bir ulduzlu gecəsən, bir günəşli səhərsən. viran qalmış sinəmdə, yeganə sağ şəhərsən. mən səndən doymadım heç, sən məndən doysan belə. yazdığım məktubları, cavabsız qoysan belə. pəncərəndə hər axşam, ruhum anadil olur.. sənsiz nəfəs alanda, bir günüm bir il olur.. saatımı nə vaxtdı, sənsizliyə qururam. sənə öldüyüm haqda, teleqramlar vururam. sən məni oxumadın, mən səni çox oxudum. adını ürəyimə qızıl sapla toxudum. bir eşqin qanadında, qalxırsan pərdə-pərdə. qanım halalın olsun , gümüş piyalələrdə. məlum..başa düşürəm- son vaxtlar narahatsan. amma niyə bu qədər, soyuq,özgə və yadsan.. düşünürəm oturub, yenə dünəndən bəri.. niyə qovmursan axı, bu soyuq küləkləri. bağışla oldu bir az, şerimdə umu-küsü.. təkcə sənnən dadlıdır bu həyatın menyüsü..

Saytda dərc olunub