Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Min-min ağac uzaqda ötür qəmli-qəmli ney,

Ayaz Arabaçı

Min-min ağac uzaqda ötür qəmli-qəmli ney, Gözlərimi qapayır, yuxudan ötə bir şey, Ayılıram, baxıram, görürəm ki, elə hey, Buğlanır başım üstə qara, qanlı bir qılınc..

Bu qorxunu canımdan heç bir şey perik etmir, Sinəmdə qırçınlamış yaramın yeri getmir, Qıc olmuş ayaqlarım irəli-geri getmir, Buğlanır başım üstə qara, qanlı bir qılınc.

Qolumdan güc aparıb, canımdan təpər salıb, Biri bir divar çəkib, biri bir çəpər salıb, Namərdlər hər tərəfdən dalımca çapar salıb, Buğlanır başım üstə qara, qanlı bir qılınc.

Burda ot itə düşüb burda ət, ata düşüb, Xata yiyəsi görmür nə boyda xata düşüb. ?. Tanrı çoxdan mənimçün göydən it-bata düşüb, Buğlanır başım üstə qara, qanlı bir qılınc.

Öz üstümə tökürəm öz qanımı-qadamı, Duyan yoxdu bir nəfər, xarabada adamı, Ağır gəlmir heç kimə bir şairin edamı, Buğlanır başım üstə qara, qanlı bir qılınc.

Saytda dərc olunub