Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mənə ən yaxından da,

Ayaz Arabaçı

Mənə ən yaxından da, Namərdin oxu çatmaz. O qədər istəyim var, Tanrının "yox"u çatmaz..

Lüğətimdə tərəddüd, Qorxu söhbəti yoxdu. Mən çatdığım mənzilə, Can atar çoxu, çatmaz.

Qızılgül ətrindədi, Könlümün səltənəti. Üfunət adamlara Heç vaxt bu qoxu çatmaz.

Balaca bir komamda, Yeddi milyard ürəyəm. Eynisini yapmağa, Heç kimin duxu çatmaz.

Oyatmaz gəmilərin, Qatarların fit səsi. Bir gün elə yataram, Heç kimə yuxu çatmaz..

Saytda dərc olunub