Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mən sənin eşqinə şəkk eləmirəm,

Ayaz Arabaçı

Mən sənin eşqinə şəkk eləmirəm, Səndən bu gedişlə Leyli olacaq.. Hərə bir tərəfdən dil uzadacaq, Asıb-kəsənlərin xeyli olacaq.

Hissini, duyğunu qoyma tələdə, Toy-toya qarışıb məndə hələ də, Heç nəyə bənd olma bu mərhələdə, Sənə bu sözlərin xeyri olacaq.

Durmadan sayıram saniyələri, Heç kim sora bilməz "maa", niyələri, Aşıb keçə bilsək maneələri, Qabaqda Gülüstan seyri olacaq..

Ömürdü sən adda qız olan şeir, Külçədi, qəlbimdən qazılan şeir, Sənin ünvanına yazılan şeir, Dünyanın ən gözəl şeiri olacaq..

Çevrilib ən uzaq ulduza sönsən.. Bil ki, sən,ölümdən sonra da sənsən.. Nə vaxtsa köçəri bir quşa dönsən, Göz yaşım dalınca "feyri" olacaq..

Saytda dərc olunub