Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Mən könlümü saraylarda uyutmam,

Ayaz Arabaçı

Mən könlümü saraylarda uyutmam,Bu torpağın çöllü-düzlü oğluyam..İldırımdan yonulubdu taleyim,Şimşəklərin polad üzlü oğluyam..

İstərmisən dönə canlı tarixin.?.Qılıncıyam əli qanlı tarixin..Sinəmdəki ulu, şanlı tarixin,Bayburalı, Alp Aruzlu oğluyam..

Büdrəmədi altımdakı bəy atı,Dörd qardaşam, dörd sətirlik bayatı..Zarafata çevirmişəm həyatı,Hər kəlməmin dadlı-duzlu oğluyam..

Kimliyimi qələmimlə duyurdum,İşə-gücə ürəyimi buyurdum,Od nəfəsli oğlu çoxdu bu yurdun,Mən də bir az qarlı-buzlu oğluyam..

Qərib-qərib ötən çağlar bilir ki..Dağ yolunda bir köç ağlar bilir ki..Halal yanan od-ocaqlar bilir ki..Mən onların çox nüfuzlu oğluyam..

Nəyim varsa qazanmışam biləklə,Xoşdu mənə ömür sürmək bir rənglə..Yaşatdığım sevgi dolu ürəklə,İnsanlığın "5 ulduzlu" oğluyam..

Saytda dərc olunub