Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

mən də eləcə sizdən biri..

Ayaz Arabaçı

mən də eləcə sizdən biri.. çılpaq, yoxsul,xəstə. Gözləri daim yolda, qulağı daim səsdə.. mən də eləcə sizdən biri səhərə qədər yataqda fikirdən o üzünə-bu üzünə çevrilən. içindəki taxtı-tacı devrilən. mən də elə sizdən biri bircə cümləlik tərcümeyi-halı olan. dünyanın bütün işləklərindən hali olan. mən də elə sizdən biri xəyallarında ulduzlarla dolu bir səltənət. dilində.. şeytana lənət. mən də elə sizdən biri ümidini açılan səhərə, doğulan günəşə bağlayan. bir gözü güləndə bir gözü ağlayan.. mən də eləcə sizdən biri. ipə-sapa yatmayan, əli allahın ətəyinə çatmayan.. heç bir şey deməyin, özüm bilirəm. mən də eləcə sizdən biri, göylərinə bulud gələn adam.. ağrılarında dincələn adam..

Saytda dərc olunub