Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Məmmədəmin küçəsi ilə addımlayırıq

Ayaz Arabaçı

Məmmədəmin küçəsi ilə addımlayırıqxəyalən.Günəş yaşıl yarpaqların arasındangülümsünür.Bir dəniz kimi dalğalanıruzaqdan görünən ay-ulduzlubayrağımız.Məmmədəmin küçəsi ilə addımlayırıqOğlum və mən,sevinir ayağımız.Əlimizi ürəyimizin üstə qoymuşuq.O qədər azad nəfəs almaq olur ki,bu küçədə.Qınından sıyrılmış qılınc kimiyik,Ağzımızda alov dilimləri.Hardasa musiqi səsi ucalır,Oğlum soruşur:Sən vəhşi itlər haqqında nə bilirsən?..Yoxdular,şimalda öldülər deyirəm..Məmmədəmin küçəsi iləaddımlayırıq..Üzümüzdə təbəssüm,könlümüzdə fərəh.Ürəklərimiz dopdolu qədəh.Dünənin sağlığına içirik, Sabahın sağlığına içirik..Məmmədəmin küçəsindən keçirik.Külək saçlarımızı qarışdırır yavaşca.Adamlar keçir, baxırıq solumuza,Baxırıq sağımıza.Şəhərin bütün daşlarıAzadlıq pıçıldayır qulağımıza.Vida demişik əsarətinə qışına.Oğlum dayanıb baxırBayrağın dalğalanışına.Gözlərində qəribə işıq varMən o işığı tanıyıram…Bir millətin ayağa qalxdığı səhərlərə bənzəyir.Tanıyıram alovundan-odundan.Deyir:Ata, indi niyə qorxurlarMəmmədəminin adından?..Susuram əvvəlcə.Sonra əlimi çiyninə qoyub deyirəm: Çünki bəzi adamlar öləndən sonraDaha böyük olurlar oğlum…Onları güllə öldürmür,Həbs öldürmür,Zindan öldürmür.FikirləriBir millətin qanında gəzir.Məmmədəmin küçəsi ilə addımlayırıq…Göy üzü tərtəmizdi bu gün.Bilirsənmi oğlum,Bir vaxt bu səmalardaBayraq dalğalandırmaqŞirin bir xəyal idi.Adamlar öz bayrağınaHəsrətlə baxırdı uzaqdan.Bunlar asan qazanılmadı oğlum…Hər daşın altındaBir şəhid nəfəsi var.Hər küçənin yaddaşındaBir sürgün ayaq izi.Hardasa bir ney səsi yüksəlir…Şəhər gözəlləşir axşama doğru.Mən birdən kövrəlirəm.Oğlum hiss edir.Ata, niyə susursan..Deyirəm:Bəzən adamÇox sevdiyi şeylər haqqında danışa bilmir.Sözlər boğazında düyünlənir.Məmmədəmin küçəsi ilə addımlayırıq…Qarşımızdan gənclər keçir.Gülürlər.Telefonla danışırlar.Plan qururlar sabah üçün.Baxıb sevinirəm gizlincə.Çünki ən böyük qələbəİnsanların qorxmadan gələcək haqda düşünməsidir.Bir göyərçin qonurHeykəlin olmadığı meydana.Oğlum yenə soruşur: Bəs heykəli niyə yoxdu?..Gülümsəyirəm.Deyirəm: Elə adamlar var ki,Onların heykəli daşdan olmur.Millətin dik duruşundan olur.İstiqlal uğrunda vuruşundan olur.Bir az da yeriyirik.Şəhərin işıqları yanır yavaş-yavaş.Ay-ulduzlu bayraqKüləyə qoşulubDəniz kimi dalğalanır yenə.Əlimizi ürəyimizin üstünə qoyuruq.Susuruq.Çünki bəzi sevgilərinSəsi olmur…Nəbzi olur.

Saytda dərc olunub

Növbəti şeir

Mən