Şeir · Azərbaycan
Köynəyi mavi dəniz,
Köynəyi mavi dəniz,Bu qədər çox yuyunma günəşdə..Bir az da kirli qalsın saçların.Gözlərini qaldır,Qanadlarının altından burax balıqlarıUçsunlar göy üzünə.Yorulubəldən düşmüş bir dalğan da mənəmSığınmışam daşlara.Köynəyi mavi dəniz,Bir yer tap çıxıb gedək ikimiz.Qaçaq bu çərənçi küləklərdən.Üst-başı dağınıq yollardan keçək.Məni uzaqlara əl-qol atanBir qayığa mindir,Özün küsdür, özün dindir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/koyneyi-mavi-deniz/