Şeir · Azərbaycan
Könlüm heç cür ovunmur,
Könlüm heç cür ovunmur, Tamam düşüb qılıqdan. Tez-tez məktub alıram, Ölümdən-ayrılıqdan.
Haqq deyilən kişini, Çox gəzdm,çox,tapmadım. Min-min çətinlik gördüm, Yanlış bir iş yapmadım.
İim-gücüm bəxt ilə Boşuna zər atmaqdı. Əsas məşğuliyyətim, Özümü aldatmaqdı.
Xatirələr qovrulur, Ürəyimin yağında. Kür uşağa dönmüşəm, Ömrün payız çağında.
Ümid yalnız ümiddir, Heç nəyn həlli deyil. Həyatdan umduğum şey, Özümə bəlli deyil..
Canımı şux saxlayan, Tab yoxdu,duruş yoxdu. Atəşkəsdən bezmişəm, İçimdə vuruş yoxdu..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/konlum-hec-cur-ovunmur/