Şeir · Azərbaycan
Kefin yuxarıda necədi Tanrım,
Kefin yuxarıda necədi Tanrım, Göydə əhvalını pozan yoxdu ki? Yerdə məndən başqa sənin adını, Dilə gətirəcək ozan yoxdu ki.. Bir bax aşağıya seçirmi gözün, Düşmüşəm dumana-çənə gəlmişəm. Ha yana getdimsə qərar tutmadım, Başımı götürüb sənə gəlmişəm. Mən sənə gəlmişəm,dur aç qapını, Vaxt ayır,qulaq as dərdimi dinlə. Bu bazar qapını,hərrac qapını, Bağla birdəfəlik öz əllərinlə. Azalır sabaha od ehtiyatım, Sönür həqiqətin qoru,içimdə. Qıymıram bu qədər ucuz öləsən, Barı sən özünü qoru, içimdə. Mən sənə inamda son nəfəsdəyəm, Bu son nəfəsdə də zəliyəm elə. Bəlkə doğrudan da ruhi xstəyəm, Bələ doğrudan da dəliyəm elə. O şeytan,o iblis nəmənədi ki, Hər şeyi atırsan onun üstünə. Onsuz da oduna isinəmmirik, Barı,kor eləmə bizi tüsttünə. Ad tapa bilmirəm nəyin nəsidi, Yığıb yox edəsən bəlkə pisləri. Hamısı Adəmin törəməsidi, Şeytan ha əkməyib bu iblisləri. Hərdən irəli bax,geriyə qanrıl, Bilim ki,hər şeydən agah olursan. Sən niyə bu qədər rəzilə Tanrı, Bu qədər alçağa Allah olursan. Kimin əlindədi ixtiyar axı, Mənə bu sirləri açıqla,nolur.. Səndən yuxarıda biridəmi var, Ki,elə həmişə o deyən olur.. Əriyib qutarıb içimdəki şam, Əriyib qurtarıb,sezmədinmi heç.. Mən insan olmaqdan cana doymuşam, Sən Allah olmaqdan bezmədinmi,heç...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/kefin-yuxarida-necedi-tanrim/