Şeir · Azərbaycan
İtirmişəm gülüşümü davada..
İtirmişəm gülüşümü davada.. Arzuların dibi yandı tavada, Kim gələcək bu dumanlı havada, Tüstümə..
Bizimki bir baş tutmayan nağıldı.. Günahkarı ürək deyil ağıldı.. Masadakı son qədəh də dağıldı, Üstümə..
Xatirələr bir soğandı,soyarsan, Ürəyini yeyə-yeyə doyarsan, Üç-dörd dənə gül gətirib qoyarsan, Büstümə.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/itirmisem-gulusumu-davada/