Şeir · Azərbaycan
İllər boyu dolanmışıq başına,
İllər boyu dolanmışıq başına,Neçə-neçə saxta pirin, yazmıram.Sonu bizi cəhənnəmə çıxardıb,Tutduğumuz çox ləpirin, yazmıram.
Daim getdik güdazına fitlərin,Dövranıdı birələrin-bitlərin,Ortalıqda at oynadan itlərin,Mən bilirəm neçə sirrin yazmıram.
İstəmirəm hirsləndirim lələmi,Hirsləndirsəm ağır gələr sələmi,Üzdən- üzdən işlədirəm qələmi,İçindəyik pasın, kirin, yazmıram.
Bitəcək bu dəli, kür gün, bitəcək,Qara zindan, sarı sürgün bitəcək,Mütləqdir ki, sonda bir gün bitəcək,Bu ah-nalə, bu qan-irin, yazmıram.
Hər tərəfdən haqqın yolu bağlanıb,Sağdan sağı, soldan solu bağlanıb,İllərdi ki, əli-qolu bağlanıb,Od nəfəsli neçə şirin, yazmıram..
Dağılmayıb duman hələ, çən hələ,Cücərməyib, o mübarək dən, hələ,Atamoğlu gördüyümün mən hələ,Sabir demiş, dörddə birin yazmıram.
Dada çıxın, duza çıxın deyirəm,Hər yalandan düzə çıxın deyirəm,Adam kimi üzə çıxın deyirəm,Hər deşiyə gedib girin, yazmıram.
Dönüşüm yox öz sözümdən "u" kimi,Çırpınıram hər misramda qu kimi,Oxuyurlar hava kimi, su kimi,Nə olsun ki, çox da şirin yazmıram.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/iller-boyu-dolanmisiq-basina/