Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Həsrətindən dəniz oldu göz yaşım,

Ayaz Arabaçı

Həsrətindən dəniz oldu göz yaşım, Qağayılar başımda cəm olmadı. Ürəyini roman kimi oxudum, Səndən başqa mütaliəm olmadı..

Cilovunu bərk əlimlə tutmadım, Çılpaq mindim eşq adında hər atı. Öz dadında,öz duzunda yaşadım, İndiyədək yaşadığım həyatı.

Unut məni xatirələr qayıdıb, Çevirməsin ürəyini altuna.. Nə vaxt görsən sol tərəfin incidir, Bir şəkil qoy yastığının altına..

Neyləyəcək təzə gələn şairlər, İkimizi bir şeirdə day,anıb. Görmürsənmi atramızda bu dəfə, Milyon illik işıq ili dayanıb.

bir qız gəlib öz toyuna apardı, Məzarıma göndərdiyin əklili. Heç bilmirəm necə çəkim göndərim, Səndən ötrü öldüyümün şəklini..

Saytda dərc olunub