Şeir · Azərbaycan
Hər yerdə, həmişə başın ucadı,
Hər yerdə, həmişə başın ucadı, Çox uzun illəri yordun dalınca. Arxada qalmasın gözün qətiyyən, Gəlir bölük-bölük ordun, dalınca.
Çıxmısan yarğını qarşılamağa, Min ox var bağrını qarşılamağa, Kim gedər ağrını qarşılamağa, Kim gedər sənintək, dərdin dalınca?..
Əhdə, etibara düz olmadılar, Qışdan doğulanlar yaz olmadılar, Xainlər, satqınlar az olmadılar, Çoxunu dişinə vurdun dalınca..
Bir yanda quldarlar, bir yanda qullar, Pullar ölkəsidir, bu ölkə, pullar, Vətəni dəlitək sevən oğullar, Qürbətə gediblər, yurdun dalınca.
İnanma. şər-böhtan, tələ, çox sürə.. Adın dövranını hələ çox sürər, Yüz tazı, yüz tula, yüz köpək hürər, Bir dənə ərdəmli qurdun dalınca.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/her-yerde-hemise-basin-ucadi/