Şeir · Azərbaycan
həqiqəti görən gözə,
həqiqəti görən gözə, mil uzanır,miil,miil,miil.. bircə fələk bilir,bircə, kimin səsi ziiil,ziiil,ziiil..
qeyb oldum min gözdə-qaşda.. bir az güldə,bir az daşda, ömür adlı bu savaşda, arzularım şiiil,şiil,şiil.
çox ucadı çox,eşq adı, eşq başqadı,eşq başqadı.. savablarım qarışqadı, günahlarım fiiil,fiil,fiiil.
özüm girdim bu türməyə, nə qalıb ki,itirməyə.. məni yeyib-bitirməyə, nədən desən diiil,diiil,diil
əzizləməm quru canı, dilim cəllad,əlim cani... sənsizliyin bircə anı, iiiil,iiiil,iiil..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/heqiqeti-goren-goze-632/