Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Günümüzün,ayımızın çoxunu,

Ayaz Arabaçı

Günümüzün,ayımızın çoxunu, Qara-qara rəngləməyi bacardıq. Yaxşıların ayağına dolaşıb, Zəfərini ləngləməyi bacardıq..

Çıxdı önə gödən,edə bilmədik.. Soruşmayın nədən edə bilmədik. Bu torpağı vətən edə bilmədik, Xiyar-xiyar ləkləməyi bacardıq.

Udub durduq ağ libaslı şərləri, Hər oyunda şeytan atdı zərləri, Bir yumruğa ürək qoyan ərləri, Barmaq-barmaq təkləməyi bacardıq.

Qarışdırdıq bir tənlikdə hədləri, Kəsişdirdik kəsişməyən xətləri, Başımıza yamaq olan ətləri, Hər ağıza şəkləməyi bacardıq.

Bir günümüz var olmadı bazarsız.. Quyumuzu dərin-dərin qazarsız.. Qəbrimizə tüpürcəklə yazarsız.. Ölənəcən bəkləməyi bacardıq.

Saytda dərc olunub