Şeir · Azərbaycan
Günəş
Günəş28 may səhəri doğdu.Nağıllarda olduğu kimi zülmətləri boğdu.Bakının küçələrində külək üç rəngdə əsdi.Məmmədin adında böyük bir adamazadlığımızın qırmızı lentini kəsdi.Bir bayraq qalxdı, boy verdi torpaqdan..Mavisi göylərdən,Qırmızısı qandan, yaşılı yarpaqdan..O bayrağı yaradan kişi, xalqın səsinə çevrildi..Boğulan bir ölkənin nəfəsinə çevrildi.Ağır günlərdən keçmişdi, Zindanlardan keçmişdi,sürgünlərdən keçmişdi.Bir millətin taleyini yaşamağı seçmişdi.1918, 28 may..Tarix belədi.O gün TiflisdəAzərbaycan, istiqlalını elan elədi.Bu, əsrlərlə susdurulanbir xalqın ilk hayqırtısıydı.Azadlıq günəşinin parıltısıydı.AzadlıqƏvvəlcə insanı sevindirir,sonra qorxudur.Çünki onu qorumaqcan istəyir.Azadlıq qurban istəyir.Cümhuriyyətin ömrü az oldu…Cəmi iyirmi üç ay.Elə bil ki, üçə kimi say.Bir günbolşevik qatarları gəldi.İçində öz xainlərimiz, sapı özümüzdən olanlar.Müstəqilliyimizə qənim kəsilmiş ilanlar!Bakının küçələri qaraldı.Xəzər üşürgələndi.Bayraqlar endi.Ümidlər güllələndi.Küçələr qana bələndi.Bir millətin yenidən boğuldu səsi.Pozuldu sevinci, nəşəsi.RəsulzadəVətənindən uzaq,həsrət içində yaşadı illərlə.Təhqir olundu, aşağılandı yaman dillərlə.Ankarada, Çexiyada, Almaniyada yaşadı,Amma yenə ümidini itirmədi.Mücadiləsini sürdürdü, savaşını bitirmədi.“Bir kərə yüksələn bayraqbir daha enməz!” dedi.İllər keçdi…Bu şüar bir millətin yaddaşındaköz kimi qaldı.Ən uca, ən müqəddəs söz kimi qaldı.Və bir günyenə may gəldi…yenə üçrəngli bayraqsəmalara qalxdı.Allah necə haqdı!!O günRəsulzadənin ruhuuzaqlardan Bakıya baxıbsakitcə gülümsədi.Dedi ki bu gündürgünlərin ən şərəflisi,Günlərin ən təriflisi..Dedi ki,28 Maysadəcə bayram deyil.Bu tarixbir xalqın ayağa qalxdığı gündür.Bir millətinöz adına sahib çıxdığı gündür.Mən onda gördüm kiBir xalqın torpağını almaq olur,səsini boğmaq olur,tarixini dəyişmək olur…Amma yaddaşında yaşayanazadlıq hissini öldürmək olmur.Çünki azadlıq ruhda doğulur.Söz kimi deməyə nə var,Vətən sevgisi ağır sevgidir.Bu sevgi qarşılıq gözləmədən sevməkdir.Bir torpaq üçünömür verməkdir.Ölməkdir, itməkdir, azmaqdır.Məmmədəmin kimiAdını təkcə tarixə yox,millətin vicdanına yazmaqdır.Nə qədər görməzdən gəlsək dəHardaüçrəngli bayrağımız dalğalanırsa,OrdaRəsulzadənin nəfəsi var.Azərbaycan, Azərbaycan, Azərbaycan deyən səsi var!!!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gunes/