Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gündə bir boy yüksəlirik,

Ayaz Arabaçı

Gündə bir boy yüksəlirik, Fərhad kimi dağ dəlirik, Arzuya kimi gəlirik, Arzudan o yanası yoxdu.

Yağış güldüm, qar ağladım, Baş meydanda dar ağladım, Tarixi çox varaqladım, Xozudan o yanası yoxdu.

Nə olsun hər gün biyardı, Bura ecazkar diyardı, Hər iki anlamda xiyardı, "Razı" dan o yanası yoxdu.

Adı batmaz ərənlərin, Kişi ömrü sürənlərin, Üstümüzə hürənlərin, Tazıdan o yanası yoxdu.

Hamı boğulur yalanda, Günah kimdədir, palanda.. Haramçılığa qalanda, Qazıdan o yanası yoxdu.

Basmayın yarama yodu, Dəyişməz Tanrının kodu, Nə yazılıbdısa odu, Yazıdan o yanası yoxdu..

Saytda dərc olunub