Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gülüm, sənin ürəyindən keçirsə,

Ayaz Arabaçı

Gülüm, sənin ürəyindən keçirsə,Görüşməyin nəyi pisdi, görüşək.Şükür daha havalar da düzəlib,Uzatmayaq, isti-isti görüşək.

Uyğun gələn bir qrafik qurarıq,İki dəfə ikidi də, vurarıq,Uzaqbaşı bir çay içib durarıq..Nə şeydi ki,altı-üstü..görüşək.

Bir açılsın, bir ərisin buz halın,Hələ durur xatirimdə süs halın,Çiçəkləyib budaqları vüsalın,Gəl neçə ki, həsrət süstdü,görüşək.

Bir imza qoy, boş olanda bu rəyə,Çox çətindi zor eləmək ürəyə,Demirəm ki, "gedək üzü küləyə",Elə-belə, ayaqüstü görüşək.

Ömrün qışda çiçək açan badamı,Özün başlat, bu mübarək edamı!Bağışlamır aldadanda adamı,Bir də gördün ürək küsdü, görüşək.

Çəkmədiyim, dadmadığım bir ah yox,Qorunmağa elə güclü silah yox,Həyatdı də bu gün varıq, sabah yox,Ömür yaman nadürüstdü, görüşək.

Yolçuluğum elə bircə o yolmuş,Xəyalımın dabanları soyulmuş,Onbeşindən ürəyimə qoyulmuş,Ay, ilahi sevgi büstü, görüşək..

Dindir bir yol, kökdən düşmüş tarı,gəl,Nə deyirəm, eybi yoxdu, qarı, gəl,Alov-alov görüşmədik, barı gəl,Heç olmasa tüstü -tüstü görüşək..

Saytda dərc olunub