Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gözləməkdən qocaldım,

Ayaz Arabaçı

Gözləməkdən qocaldım, Hərə bir vəd gətirir. Arzum hara gedirsə, Bir qucaq rədd gətirir..

Bu gün kimin qətlidi, Bura edam kətlidi.. Fikrim bərəkətlidi. Dərd üstən dərd gətirir..

Canım qovdan-çaxmaqdan.. Ağıl umdum axmaqdan.. Uzaqlara baxmaqdan, Gözlərim dörd gətirir..

Düşüb qaldım ötəndə.. Nə ruhdayam,nə təndə, Oturmuşam vətəndə, İçim qürbət gətirir..

Yoxdu pis vərdişlərim.. Qan görməyib dişlərim, Tanrı mənim işlərim, Bəs niyə bəd gətirir.

Saytda dərc olunub