Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Göyün dərdli yerindən yağıb-tökür qara sis,

Ayaz Arabaçı

Göyün dərdli yerindən yağıb-tökür qara sis, Uzaqda bir ambulans ulayır yenə pis-pis, Dünəndən baş-başadı ürəyimdə iki hiss, Bu iş olarmı,olmaz..bu iş olmazmı,olar.

Güclə xatırlayıram, o boz günü mən ancaq, Əllərim köz kimidi,nəyə vursam yanacaq, Bir az da belə sürsə ,nəfəsim dayanacaq.. Bu iş olarmı, olmaz..bu iş olmazmı,olar..

O alovun, o odun büstünü tamamlayım, Cibimdəki məbləğin üstünü tamamlayım, Qoy bir siqar yandırım,tüstünü tamamlayım, Bu iş olarmı,olmaz..bu iş olmazmı, olar..

Çox ağır bir şəkildə inkirdə-minkirdəyəm, Heç özüm də bilmirəm, nə etmək fikrindəyəm, Pillələri aşağı..yuxarı..zikrindəyəm, Bu iş olarmı, olmaz..bu iş olmazmı, olar..

Dönər bir də durnalar nə qaldı ki..bir azdan, Qulağımda nəsə var ala-toran payızdan.. Bahar müjdəsi gəldi incik düşmüş o qızdan, Bu iş olarmı, olmaz..bu olmazmı, olar..

O kimdi ki,dumana,yağışa,çənə düşmür.?.. Nağıl, alma..nə bilim.. düşmür ey,nənə,düşmür.. Həm də ki,qabaqcadan söyləmək mənə düşmür.. Bu iş olarmı, olmaz..bu iş olmazmı, olar..

Saytda dərc olunub