Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gör canından neçə dəfə,

Ayaz Arabaçı

Gör canından neçə dəfə, Gəlmisən zara, hesabla. Birdən ağlın rəqəmlərdə, Çaşıb azar, ha, hesabla..

Ürəyini qarsa-qarsa, Haray salma hamı karsa, Tök ortaya nəyin varsa, Dərdə-azara hesabla.

Sevmədim heç ara günü, Gün, günlərdən-yara günü, Yaşadığın qara günü, Qara bazara hesabla.

Hərənin bir saatı var, Nə üstü var, nə altı var, Üfüqdə bir qaraltı var, Elə düz ora hesabla,

Satsan olmaz alan, ömrü, Gəldin, sürdün yalan ömrü, İndən belə qalan ömrü, Soyuq məzara hesabla..

Saytda dərc olunub