Şeir · Azərbaycan
Gileyim-güzarım yoxdu sən deyən,
Gileyim-güzarım yoxdu sən deyən, İyidi işlərim,həp iyi belə.. Dünən bir yetimin ovcuna qoydum, Çıxardıb sonuncu qəpiyi belə.
Azadlıq,səadət fani bir işdir, Hər səhər oyanmaq bani bir işdir, Məni sevindirmək ani bir işdir, Uçuram görəndə köpüyü belə..
Kimə nə,günümü nə rəng tapıram, Hər işə qoymağa ürək tapıram, Elə ki,bir tikə çörək tapıram, Qoyurlar sinəmdən təpiyi belə..
Hərə bir hiyləyə-kələyə uyub, Mən də aldanmışdım fələyə uyub, O xoruz təzə bir fərəyə uyub.. Onunçün qızarıb pipiyi belə..
Baxan yox,açılıb solduğumuza, İt kimi peşmanıq olduğumuza, Soxub başımızı qoltuğumuza, Çalırıq yalana çəpiyi,belə..
Bir şair başı var bu sözün altda, Özümüz piyada,dərdimiz atda.. Üzünə söyürəm donuzun hətta, Nə yağı əriyir,nə piyi,belə...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gileyim-guzarim-yoxdu-sen-deyen/