Şeir · Azərbaycan
Gəl həsrətin yarasını sağaldaq,
Gəl həsrətin yarasını sağaldaq, Nə ağrılar,nə qadalar olmasın. Yəni bir də biz yaşayan sevginin, Tərkibində bu qidalar olmasın..
Öz ovumuz öz oxuna tuş olsun, Dediyimiz canımıza nuş olsun, Yanımızda böcək olsun,quş olsun, Amma..lakin,"qnida"lar olmasın..
Könlümüzün nəvasını dəyişək, Dərmanını-dəvasını dəyişək, Başımızın havasını dəyişək, O təlaşlar,o nidalar olmasın.
Bir ürəkdi,bir işıqdı,bir izdi, Həyat bizə bir leyləkdən prizdi, Bilirsənmi bu neçənci krizdi.. Bir də belə əlvidalar olmasın..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gel-hesretin-yarasini-sagaldaq/