Şeir · Azərbaycan
Gedir ey,ay ana,gedir,
Qarabağda döyüşlərdə həlak olmuş bütün şəhid Qardaşlarımın xatirəsinə..
Gedir ey,ay ana,gedir, Bu karvan hayana gedir.. Bəlkə məni də götürəcək, Bir bax,dayana-dayana gedir.. Gedir,gedir ayaqüstə, Yumulu göz qapaqları. Göydə ulduz tabaqları.. Ulduzları tuta-tuta, Puçur-puçur tərlə gedir, Sanki min-min kəpənəkdi, Yüklənibdi zərlə gedir.. Qaranlığı yarıb keçən, Bir dəlisov nərlə gedir. Buludların nəfəsindən, Yazın buxarı çəkilir.. Yerlər aşağıya enir, Göylər yuxarı çəkilir.. Alovlar küldən ayrılır, Tikanlar güldən ayrılır.. Uçur bir göz qırpımında, Üstündən havalı quşlar. Cana gəlir gözləməkdən. Yorulmuş yollar-yoxuşlar.. Yol yorucu,yol üzücü Gedir yoxdu nəhayətlər. Cilvələnir xəyallarda, Macəralar,səyahətlər. O nə səsdi..İraq-iraq.. Hanı məşəl,hanı çıraq. Hava soyuq,külək qansız. Qorxu qəfil,ölüm ansız..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gedir-ey-ay-ana-gedir/