Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Ev-eşiyə sığışmır,

Ayaz Arabaçı

Ev-eşiyə sığışmır,Uğur dünəndən bəri,Gedək avtomat alaq qıraq biz, düşmənləri..Gül qoxulu uşağın,nəfəsi qan qoxuyur.Kiçik bir otaq boyu əsgər marşı oxuyur..Sıralayıb sevincləyan-yana bayraqları.Düyümlənib qəzəblə balaca barmaqları.Əmi gedək marketə,Alaq avtomat deyir..Öldürək düşmənləri, birinci sən at deyir.Qəzəbindən, kinindən,Donub gözündə şaxta..Hardandı bu cəsarət beş yaşlı bir uşaqda.Yüklənir ürəyinə, elin,vətənin qəmi,Niyə mən balacayam, böyük deyiləm əmi..Yüyürür otaq boyu,Yüyürür sola, sağa,Dur də, əmi, nə olar, dur gedək Qarabağa..Alov saçan gözləribir cüt ulduza dönübAnası deyir Uğur, yeməyin buza dönüb..Anasına hirslənirkörpə fidan bir çinar..Mən döyüşə gedirəm yeməyə vaxtımmı var.Yanağımı yandırır,iki damla odlu yaş.Bu uşaq qədər sevə hamı bu vətəni kaş..Qarışır xəyalımdameşə dəniz, çöl orman.Deyir əmi hardadı bəs sənin hərbi forman.Hanı sənin tapançan,hardadı göstər baxım.Evdədisə gətir gəl, bir az belimə taxım..Çevirir kanalları,baş vurur xəbərlərə,Odlu öpüş göndərir igidlərə-ərlərə..Qanı vulkana dönübdamarında fışqırır..Düşmənə ölüm deyib,var-gücüylə qışqırır..Qəhrəman əsgərlərəyollayır hərbi salam..Dönür bir generala balaca əsgər balam..Ev-eşiyə sığışmırUğur,Dünəndən bəri..Gedək avtomat alaq, qıraq biz, düşmənləri..

Saytda dərc olunub