Şeir · Azərbaycan
ƏLİ KƏRİMƏ
ƏLİ KƏRİMƏ
Əli Kərim, sən dursaydın, yaşasaydın, dost olardıq, qardaş olardıq, Oturub şerlərini içirəm, Şərab almağa pulum olmayanda. Hər şeydən zəhləm gedəndə Acı, mor həyatın yaramaz sifətlərini görəndə. Əli Kərim,sən dursaydın dərdləşərdik, Nə bilim, nəsə mənə elə gəlir ki,bizimki tutardı. Qalmışam çıxılmaz durumda,üç dəfə şerini oxuyanda Beş dəfə şəklinə baxıram, İnanırsanmı sənsiz darıxıram, Topları auta vuran qızı Soruşuram şəklindən,çiynini çəkir. Məndə də bir qız vardı, ürəyimi auta vurdu. Açığı mən də hərdən cavan ölmək istəyirəm,ölümünü bölmək istəyirəm. Var məni az-maz başa düşən, yarım həmdəmlər. Ruhumun çat vermiş divarından adlayıb keçirlər. İçməyə bir şey olanda mənə qoşulub içirlər. Mən bu badəni sənin şərəfinə, sənin sağlığına içirəm. Çünki sən sağlardan daha sağsan, Sözün yanında üzü ağsan, Gəl qardaş olaq,Əli Kərim, Əli Kərim, Ortadadı qazancım- xeyirim, şərim,
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/eli-kerime/