Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Elə eyni notdu,eyni avazdı,

Ayaz Arabaçı

Elə eyni notdu,eyni avazdı, Nə yaman çoxalıb xor adamları. Silkələ yerə sal fil qulağından, Allahım,bir oyat,yor adamları.

Olmaz heç ən ucuz oyuncaq belə, O kimdi yol gedir kefi çağ,belə, Sabah yanmayacaq bir ocaq belə, Sönür hey bir ucdan qor adamları.

Harda gizlənibsən-hardasan,harda... Heç belə partlatmaz köksünü nar da. Köməksiz buraxdın fırtınalarda, Yelkən adamları,dor adamları.

Bir ovuc köpüyə inkişaf deyir, Quruşa-qəpiyə inkişaf deyir. Yediyi təpiyə inkişaf deyir, Bağışla bu qədər kor adamları.

Saytda dərc olunub