Şeir · Azərbaycan
Elə bağlamısan gözlərimi ki,
Elə bağlamısan gözlərimi ki,Sənə bir gözəli tən tuta bilmir..Hələ də qəlbimdə olduğun yeri,Yağış döyə bilmir,çən tuta bilmir.
Elə o gedənsən,yox üzü bərin,Bu xəstə əlacsız,bu yara,dərin..Ayağı qırılsın xatirələrin,Bir saat bir yerdə bənd tuta bilmir..
Gəl bahar ömrümdən qışlarını yığ,Dizinə tökülmüş qaşlarını yığ,Başımdan həyasız quşlarını yığ,Bir dənə sünbülüm dən tuta bilmir.
Ürək bir mənzildə hicran ovudu,Hərə bir yiyəsiz eşqin "of"udu,Bəlkə də çoxalan yaşın xofudu,Məni qabaqkıtək "mən" tuta bilmir..
Eyibdi vallahi,eyib,gülürəm,Zəhəri-zəqqumu yeyib,gülürəm,Baxma ey,yalandan deyib-gülürəm..Qəlbimi heç bir şey şən tuta bilmir..
Sinəmdə atəş var,dilimdə buz var..Mənim hər sözümdə bir ayrı duz var.Yanımda-yörəmdə min dənə qız var,Könlüm heç birindən sən tuta bilmir.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ele-baglamisan-gozlerimi-ki/