Şeir · Azərbaycan
Düzünə çatammıram,
Düzünə çatammıram, Yolların sağ-solludu.. Vüsalının mənzili, Min mil uzaq yolludu.
Ömrün iki üzü var, Canavar var, quzu var, Sənə aid arzular, Qanadlıdı-qolludu..
Düzdü çəm-xəm eləyir, Amma məlhəm eləyir, İçdikcə dəm eləyir, Eşqin çox alkolludu..
Sözümdə çox netmişəm, Köhnə işdən getmişəm, Evi təmir etmişəm, Bir otağı polludu..
Qumdan-gildən gəlirəm, Gülə, güldan gəlirəm, Məcnungildən gəlirəm, Üstüm-başım kolludu.
Baxır qıyqacı, vermir, Var bir əlacı vermir, Elə çox acı vermir, Həsrətin mentolludu..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/duzune-catammiram/