Şeir · Azərbaycan
Düzdü mənə qədər çoxları yazıb,
Düzdü mənə qədər çoxları yazıb, Çoxunu aldadıb taleyin toru. Mən də çıxa billəm özümdən azıb, İlahi, sən məni özümdən qoru. İlahi, sən məni özümdən qoru, Qoru demirəm ki, filandan məni, Qoru içimdəki ilandan məni. O qara ilanlar düzülsə səf-səf, Ömür gözlədiyim mənzilə varmaz, Özüm aparmasam şeytana tərəf, Ağlımı heç zaman şeytan aparmaz. Mən özüm girirəm hər ağır yükə, Hər ağır şələyə özüm girirəm, Əslində ətrafdan yoxdu təhlükə, Yüyürüb tələyə özüm girirəm. Özgənin əlində deyil ki, bu can, Hər ağrı-hər acı özümdən gəlir. Özümü-özümdən qoruyanacan, Anamdan əmdiyim gözümdən gəlir. Mənə yalan deyən,yalan danışan, Yoxdu bir nəfər də yalançı, alçaq. Mən özüm-özümlə yaxşı tanışam, Özüm aldadıram özümü ancaq. Qoruma hamıdan, hər kəsdən məni, Qoru içimdəki iblisdən məni. Tam gedə bilmirəm yolları doğru, Bağlıyam nə qədər mənfur adətə. İlahi sən məni özümdən qoru, Daima təkan ver bu ibadətə. Sən məni dumanlı başımdan qoru, Sən məni "ağsaqqal" yaşımdan qoru. Özüm mey içirəm keyisin canım, Özüm çevirirəm ruhumu süstə. Bir qaşıq damarda artınca qanım, Özüm atlanıram bəlanın üstə. İlahi sən məni özümdən qoru, Şəhvət hisslərimi buruntaqlayım. Məni uçuruma aparan koru, İçimdə ömürlük dustaq saxlayım
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/duzdu-mene-qeder-coxlari-yazib/