Şeir · Azərbaycan
Dünya durduqca yaşa,
Dünya durduqca yaşa,Mustafa Kamal Paşa..
Qüdrətinlə-gücünlə yenilməz, bərk əldəsən,Zamanı məğlub etmiş şanlı bir sərkərdəsən,Öz üsyankar ruhunla daima səngərdəsən,Adın qızıl hərflərlə yazılıbdı ən başa!Dünya durduqca yaşa,Mustafa Kamal Paşa!
Mənə ocaq gəlirsən, mənə Vətən gəlirsən,Vüqarınla ən uca dağlara tən gəlirsən,Bütün ucalıqların başında sən gəlirsən,Səndən qeyri başqası gəlməz ağlıma, haşa..Dünya durduqca yaşa,Mustafa Kamal Paşa!
Eyni köküz birə-bir, bizə-biz, atamızsan,Tarixin sinəsində qoyan iz, atamızsan,Əzəmətli, qürurlu, mübariz atamızsan,Min-min əsrlər sığar, bil ki, bu ömrə-yaşa..Dünya durduqca yaşa,Mustafa Kamal Paşa!
Büllur ad üstündəsən, taxta ad altda yoxsan,Paşam, nə mutlu bizə axta ad altda yoxsan,Şükür çoxları kimi saxta ad altda yoxsan,Yoxsa nə qandırardım bu gün min ağlı çaşa..Mustafa Kamal Paşa!
Lap elə balağını yüz it qapa-dişləyə..Daha başqa kim çatıb bu kosmik genişliyə,Ayrı başqa nə ad var damarıma işləyə..Tək sənədir bu xitab, tək sənədir birbaşa..Mustafa Kamal Paşa!
Zəfər şölələrini hər ocaqda yandıran,Dünyanı qabağında farağat dayandıran,Hələ öz sağlığında bir heykəli andıran,Yeni bir həyat verən ulu torpağa-daşa..Mustafa Kamal Paşa!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dunya-durduqca-yasa/