Şeir · Azərbaycan
Dostlar, badələri qaldırın içək!
Dostlar, badələri qaldırın içək!Gecə, ulduzludur, hava da sərin.Demirəm məst olub dünyadan keçək…Deyirəm mehriban düşüncələrinİsti qücağında qızınaq bir az…Qoy uzansın gecə, geciksin səhər,Yuxuya getməsin məclisdəkilərMənim söhbətimdən yorulmaq olmaz.Yayılsın səsimiz qoy qitə-qitə,Çox da bənd olmayaq hər hürən itə.Hələ yer üstündə, insan yanındaDeyib danışmaqdan doymamışam mən…Uzadaq ömrünü hər bir anın da,Yel kimi keçməsin vaxt üstümüzdən…Bu aylı gecədə, bu dağ döşündə,Bu sazlı, söhbətli bulaq başındaBu saat, bu dəmHeç yana, heç yerə mən tələsmirəm!Sevgilim, qolunu boynuma dola!Demə ki, yorğunam, ya qocalmışam.Mən hələ dünyadan nə zövq almışam?Dur, bütün aləmi gəzək qol-qola!Yenə də fikrimin səyyar yelkəniDənizdən – dənizə atsa da məni,Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»Dur, bütün aləmi gəzək qol – qola,Sellərdən, sulardan yeyin axsam da,Şimşəklə yanaşı göydə çaxsam da,Nə şadlıq səyirtsin atını, nə qəm,Heç yana, heç yerə mən tələsmirəm!Mən də bu gözəlin eşqinə düşdümSən də, ovçu dostum, tələsmə sən də,Bu qəlbi dağları qoy asta aşaq.O çay yanındakı yaşıl çəməndəAsta addımlayıb ağır dolaşaq.Hər güllə, çiçəyə salam verməsəm,Xoş üz göstərməsəm, xoş üz görməsəm;Nanələr, reyhanlar inciyər məndən.Güllərin yarpağı tökülər dən-dən…Odur ki, yel olub çöldə əsmirəm,Heç yana, heç yerə mən tələsmirəm!Bulud tez keçməsin başımın üstdən,Çay da yavaş axsın…sular boyunca.Baxım hər zərrəyə, baxım doyunca…Günəşi örtsə də qara buludlar,Yenə günəş adlı bir qüdrəti var.Min cürə pisliklər gördüm həyatda,Amma saxlamadım onları yadda.Haqsızlıq daima olub,olacaq,Amma ki,bu saat və bu dəm ancaq,Heç yerə heç yana mən tələsmirəm..Ürək tərpənməyir ötərgi səsdən,Nə çıxar bir anlıq yanan həvəsdən.Elə zənn etmə ki, ağırlaşmışam,Ayağı sarıqlı şikəst bir quşam…Qoy dünya böyüsün, zaman uzansın,Bir günün ərzində aylarla yansınAl günəş üzündən nur yağa – yağa..Ömrün kitabını tamamlamağaÇox da can atmasın əlimdə qələm,Mən tələsmirəm..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dostlar-badeleri-qaldirin-icek/