Şeir · Azərbaycan
...dodaqları göyərmiş dekabrın
...dodaqları göyərmiş dekabrınbuz kimi öpüşündənürəyi isninən adamam mən.bir divara söykənib xəyallarınınaddım səslərinədiksinən adamam mən...göylərinağlamaqdanşişmiş gözlərinə baxıb,uçunan çətirəm mən.bənövşələrinbahar nəfəsindən süzülmüşşüşəsini atmağa əlin gəlməyənətirəm mən.qanatdığın sözlərdən,ölümü aşan dərddən,səssiz bir ağrıdanxoşam mən.dünyanın bütün meylərinidodaqlarından içməyə həvəslisərxoşam mən.fərq etməz,hansı hesablar girsin araya..üst-üstə iki yara da vur,təkcə məlhəm zövq vermir kiyaraya.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/dodaqlari-goyermis-dekabrin/