Şeir · Azərbaycan
Dəniz fənəritək yol aydınladır,
Bu şeiri Tanrı dərgahına ismarladım. Ən şirin alın tərinə sahib adama- Azadlıq məşəlimiz ELÇİBƏYƏ...
Dəniz fənəritək yol aydınladır,Bu qara günlərdə ağlığın bizə..Hələ bundan belə min il də bəsdi,Sənin bu ölümsüz sağlığın bizə.
Bir yan doğudusa, bir yan batıdı,Baxmırıq qabaqda duman qatıdı,Taleyin ən böyük mükafatıdı,Sənin o sınmayan şuxluğun bizə.
Halal çörəyini halal kəsən bəy,Onsuz da bilirik, kimsən, nəsən bəy,Nə olsun hamıtək bir dənəsən bəy,Bəsdi bir olmaqla-çoxluğun bizə.
Yoxdu başqa arzum, özgə istəyim,Əyilməz başımı səcdənə əyim,Bu qədər acgözün içində bəyim,Hər zaman örnəkdi toxluğun bizə.
Bir gədə testindən mini xan çıxar,Haqqın meydanında dizə qan çıxar,Saysam yüz kitablıq bir roman çıxar,Nələr yaşatmadı yoxluğun bizə.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/deniz-feneritek-yol-aydinladir/