Şeir · Azərbaycan
Darıxmısan bilirəm,
Darıxmısan bilirəm, ölümdən az öncəsən... Gözü yarıyuxulu yaz qoxulu qönçəsən.. Ətrin nəfəsdən qabaq Ürəkdən-qandan keçir. Vaxtın qızıl təkəri sən olan andan keçir. Çapıram ulduzlara ən sürətli atları.. Xəyalınla yoruram hər gecə saatları. Ayrılığın sən adda acısı var içimdə. Dərdin neçə qardaşı,bacısı var içimdə. Adınla elə sərxoş, adınla elə süstəm.. Başqasını bilmirəm,sənə qarşı dürüstəm. Keçir hər dəm başımdan, Bax gələr,indi gələr.. Elə lap o ilk gündən ötüşmür dəqiqələr. Darıxmısan bilirəm.. Sinirindən duyuram. Dilimin acısını şirinçayla yuyuram. Sürünür ləçəyində bir həzin ilbiz səsi. Pəncərəmdə tərləyir ilıq bahar gecəsi. Təklənirik yenə də alınmır,biz alınmır.. Heç bilmirəm nədisə söhbətimiz alınmır. Özünü o filmdəki Naciəyə çevirmə. Olur də bəzi şeylər faciəyə çevirmə. Soyuyubdu qazanda iki nəfərlik yemək. Verim pişiklər yesin,hələ gəlmirsən demək...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/darixmisan-bilirem/